Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Türkiyədə keçirilən Avropa Qılıncoynatma Konfederasiyasının konqresində iştirak edib
Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Balakişi Qasımov və baş katib Vasif Məmmədov Türkiyənin Antalya şəhərində keçirilən Avropa Qılıncoynatma Konfederasiyasının konqresində iştirak edib.

Antalyada qılıncoynatma üzrə Avropa çempionatına start veriləcək.

Qeyd olunub ki, qitə çempionatında idmançılar qılıncoynatmanın sablya və şpaqa növündə həm şəxsi, həm də komanda yarışında iştirak edəcəklər.

Bu növlərdə yarış günləri iyunun 19-22-də keçiriləcək.

Xəbər 308 dəfə oxundu.