Həndbol üzrə yığma komandanın hazırlığı davam edir
Kişi həndbolçulardan ibarət milli komanda təlim-məşq toplanışındadır.

Olkə çempionatında göstərdiyi oyunla əsas komandaya layiq olduğunu sübut edən həndbolçularımız bir araya gələrək baş məşqçi Nasser Salimi və məşqçi Eldar Fərəcovun rəhbərliyi ilə qarşıdakı beynəlxalq yarışlara hazırlığı davam etdirir.

Qeyd olunub ki, Bakıda keçirilən toplanışın əsas məqsədi hədbolçuların fiziki, texniki və taktiki keyfiyyətlərinin artırılması, komandanın qarşıdakı beynəlxalq yarışlar ərəfəsində hazır vəziyyətə gətirilməsidir.

Xəbər 309 dəfə oxundu.