Kikboksçularımız Türkiyədə beynəlxalq yarışda iştirak edəcəklər
Azərbaycan Kikboksinq Federasiyasının (AKF) “Xocalı” İdman Klubunun 26 idmançısı Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevlə görüşüblər.

Kikboksçularımız iyunun 16-da “King of kings” yarışında iştirak etmək üçün Türkiyənin Qars şəhərinə yola düşüblər.

AKF-nin prezidenti Orxan Əliyev idmançılara tapşırıqlarını verərək “Xocalı” İdman Klubunun baş məşqçisi Əli Cəfərova idmançıların yarışdan qabiliyyətlə dönəcəyinə inandığını bildirib.

Xəbər 295 dəfə oxundu.