Boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start verilib
Bu gün Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start verilib.

Bakı Boks Mərkəzində təşkil olunan və yeddi gün davam edəcək yarışda oğlanlar 16, qızlar 13 çəki dərəcəsində güclərini yoxlayacaqlar. Əgər indiyədək qız və ya qadın boksçular müsabiqədənkənar yarışa qatılırdılarsa, bu dəfə rəsmi olaraq rinqə çıxacaqlar.

Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın 369 boksçusu qatılıb. Qaliblərin adına isə iyunun 22-də aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyin baş hakimi Emil Qurbanəliyev olacaq.

Xəbər 459 dəfə oxundu.