Paraüzgüçümüz Vəli İsrafilov dünya çempionu olub
Azərbaycan Milli Paralimpiya Komitəsinin üzgüçülük üzrə yığma komandasının üzvü Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

"Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarının qalibi olan V.İsrafilov 100 metr məsafəyə brass üsulla üzgüçülək yarışında 1 dəqiqə 05,66 saniyəlik nəticə göstərib.

Beləliklə, millimizin dünya çempionatında qazandığı medalların sayını 4-ə çatıb.

Qeyd edək ki, daha əvvəl üzgüçümüz Roman Saley 1 qızıl və 2 gümüş medal qazanmışdı.

Xəbər 347 dəfə oxundu.