Kristian Horner: 2018-ci ildə Bakıda Ferstappenin və Rikkardonun bolidlərinin toqquşmasını unutmamışıq
“Red Bull Racing” komandasının rəhbəri Kristian Hornerin sözlərinə görə, komanda 2018-ci ildə Bakıda hollandiyalı pilot ilə Daniel Rikkardonun bolidlərinin toqquşmasını yada salaraq bu dəfə Maks Ferstappen ilə Serxio Peresin mübarizə aparmasını qadağan edib.

Hornerin daha əvvəl dediyinə görə, Maks ilə Çeko arasında sürət fərqi səbəbindən meksikalı pilot öz komanda yoldaşını ləngitməmək barədə əmr verməkdən başqa seçim yox idi. Lakin daha bir tutarlı səbəb olub.

“RacingNews365.com” nəşri “Red Bull Racing” komandasının rəhbərinin bu sözlərini sitat gətirib: “Səhər biz qərara gəlmişdik ki, əgər onlar bir-birinə qarşı mübarizə aparsalar, hər kəs digəri üçün məkan saxlamalıdır. Onlar belə də etdilər. 2018-ci il hələ yadımızdadır. Çempionatın həmin mərhələsində yürüşçülərin bir-biri ilə vicdanla rəftar etməsi çox vacib idi.

“Ferrari”nin xallarının maksimum sayı prioritetdir. İndi bizim maşınımız çox sürətlidir, lakin hər şeyin necə sürətlə dəyişə biləcəyini görmüşük. Buna görə də, komandanın mənafeyi birinci yerdədir”.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-dan 12-dək Bakıda keçirilib. Azərbaycan Qran-Prisinin qalibi “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen olub.

Xəbər 261 dəfə oxundu.