İstedadlı şagirdlər Formula 1 Azərbaycan Qran-Prisini izləyiblər
Azərbaycan Təhsil Nazirliyi ilə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin birgə əməkdaşlığı çərçivəsində ölkənin müxtəlif təhsil müəssisələrindən istedadlı şagirdlər Formula 1 Azərbaycan-Qran Prisini izləmək üçün dəvət olunub.

Layihənin məqsədi məktəblilər arasında avtoidman yarışlarına marağı artırmaq, onları daha da maarifləndirməkdir. Azarkeşlərlə birgə yarış həyəcanını yaşayan çoxlu sayda yaxın məktəbli bu mötəbər tədbirin bir hissəsi olub.

Yarışın təşkilatçısı artıq 6 ildir sosial yönümlü bir çox layihələr həyata keçirərək, Formula 1-in korporativ sosial məsuliyyət fəaliyyətinə öz töhfəsini verməkdədir.

Hədəf məktəbliləri kiçik yaşlarından bu kimi dünya əhəmiyyətli sürət yarışını yaxından izləmələrinə imkan yaratmaqla yanaşı, onlarda Formula 1 yarışlarına daha çox maraq oyatmaq və gələcəyin Formula 1 pilotunun yetişməsinə dəstək olmaqdır.

Xəbər 327 dəfə oxundu.