Azərbaycan üzgüçüləri Xorvatiyada 27 medal qazanıb
Üzgüçülük üzrə Azərbaycanın milli komandası “Golden Orlando” adlı beynəlxalq turnirdən Vətənə 27 medalla dönüblər.

11 nəfərlik heyətlə Xorvatiyanın Dubrovnik şəhərinə yola düşən idmançılarımız yarışın birinci günündə 6 qızıl, 5 gümüş və 2 bürünc medala sahib olublar.

Beynəlxalq turnirin ikinci günü də milli komandamız üçün uğurlu olub. Belə ki, yarışlara qatılan idmançılarımız medallar uğrunda mübarizədə fərqlənməyi bacarıblar. Üzgüçülərimiz 1 qızıl, 6 gümüş, 6 bürünc olmaqla 13 medal qazanıblar.

Beləliklə, milli komandamız Xorvatiyada 10-u qızıl, 10-ü gümüş, 7-si bürünc olmaqla, ümumilikdə 27 mükafat əldə edib.

Turnir bitdikdən sonra komandanın bir qrup üzvü Vətənə dönüb və iyunun 17-19-da Bakıda keçiriləcək açıq yay çempionatına qatılacaq. Digər iki üzgüçümüz - Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah isə baş məşqçi Rəşad Əbdürəhmanovun rəhbərliyi altında Macarıstanın Györ şəhərində yerli komanda ilə birgə təlim-məşq toplanışına qatılacaq.

Toplaniş bitdikdən sonra hər iki üzgüçümüz iyunun 18-23-nə kimi Macarıstanda təşkil olunacaq dünya çempionatında iştirak edəcəklər.

Xəbər 457 dəfə oxundu.