Cari mövsümün ən sürətli pit-stopu Azərbaycan Qran-Prisində olub
Formula 1 çempionatı mövsümündə ilk dəfə olaraq yürüş gedişində ən sürətli pit-stopu “Alpine” komandasının mexanikləri yerinə yetiriblər: onlar Fernando Alonsonun bolidinə 18-ci dövrədə 2.74 saniyə ərzində xidmət ediblər. Bu, rekord olmasa da, ötən Qran-Pridə ən yaxşı nəticə hesab olunub.

Bakı yürüşündə komandalar ümumilikdə 26 pit-stop həyata keçiriblər. Yuki Sunodanın 38-ci dövrədəki pit-stopu ən uzunmüddətli hesab edilib.

Səkkizinci mərhələdə “Red Bull Racing” “McLaren”i geridə qoyub, “Alpine” komandası dördüncü yerdə qərarlaşıb, “Williams” isə yeddinci yerə enib. “Haas F1” komandasının mexanikləri bu mövsümdə ilk dəfə olaraq, xal qazanıblar.

Qeyd edək ki, Formula 1 çempionatının Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakıda keçirilib. “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen bu mərhələnin qalibi olub.

Xəbər 388 dəfə oxundu.