İtaliyalı mütəxəssis Andrea Pirlo məşqçilik karyerasını Türkiyədə davam etdirəcək
İtaliyalı mütəxəssis Andrea Pirlo məşqçilik karyerasını Türkiyədə davam etdirəcək.

43 yaşlı çalışdırıcı Super Liqa təmsilçisi “Fatih Karagümrük” klubuna baş məşqçi təyin olunub.

Mütəxəssisin təyinatı barədə məlumatı klubun mətbuat xidməti yayıb. Müqavilənin müddəti ictimaiyyətə açıqlanmayıb.

Xatırladaq ki, Pirlonun son iş yeri 2020/2021-ci il mövsümündə rəhbərlik etdiyi “Yuventus” olub.

Xəbər 304 dəfə oxundu.