Azərbaycan Qran-Prisinin qalibi Maks Ferstappen: Bakı yarışı bizim üçün uğurlu alındı | |
Ötən il Formula 1 Azərbaycan Qran-Prisi mənim üçün uğursuz oldu. Son anda qələbəni əldən verdim. Ancaq bu gün azarkeşlər gözəl yürüşün şahidi oldular. Bu sözləri Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olan “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen deyib. “Ferrari” komandasının pilotlarının mübarizəni erkən dayandırmalarının işlərinə yaradığını bildirən M.Ferstappen deyib: “Biz rəqiblərə nisbətən daha sürətli idik. Bakı yarışı bizim üçün uğurlu alındı, çünki komandamız qələbə dubluna imza atıb. Növbəti yarış – Kanada Qran-Prisi haqqında danışmaq çətindir. Hər yarış digərindən fərqli və özəl olur. Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin ilk iki pilləsində “Red Bull Racing” komandasının pilotları Maks Ferstappen və Serxio Peres yer alıblar. İlk üçlüyü isə “Mercedes”in pilotu Corc Rassel tamamlayıb. |
|
Xəbər 323 dəfə oxundu. |
|
|