Bu gün UEFA Millətlər Liqasında üçüncü turun son görüşləri keçiriləcək
Bu gün UEFA Millətlər Liqasında üçüncü turun son görüşləri keçiriləcək.

Son oyun günündə A, B və C Liqalarında 10 qarşılaşma baş tutacaq.

A Liqasının üçüncü qrupu çərçivəsində İngiltərə komandası İtaliyanı, Macarıstan Almaniyanı qəbul edəcək. Dördüncü qrupda Polşa Niderland, Belçika Uelslə səfərdə qarşılaşacaq.

Ukrayna millisi ölkədəki müharibəyə görə B Liqasının birinci qrupunda Ermənistanla Polşada görüşəcək. Bu qrupun digər matçında isə İrlandiya öz meydanında Şotlandiya ilə üz-üzə gələcək. Üçüncü qrupda isə Monteneqro Bosniya və Herseqovina, Rumıniya Finlandiya ilə qarşılaşacaq.

C Liqasının birinci qrupunda ilk iki oyundan maksimum nəticə qazanan Türkiyə yığması səfərdə Lüksemburqla görüşəcək. Digər qarşılaşmada isə Farer adaları Litvanı qəbul edəcək.

Xəbər 495 dəfə oxundu.