Xəzər rayonunun könüllüləri arasında stolüstü tennis yarışı keçirilib
Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun könüllüləri arasında stolüstü tennis yarışı keçirilib.

Xəzər rayonunun yeniyetmələrinin və könüllülərinin asudə vaxtlarının səmərəli təşkili və idmana cəlb edilmələri məqsədilə tennis üzrə turnir keçirilib.

Yarışı rayon gənclər və idman idarəsinin məsləhətçisi Elçin Bəşirov da izləyib.

Sonda turnirdə birinci, ikinci, üçüncü yerləri tutan gənclər diplomlarla, digər iştirakçılar isə təşəkkürnamələrlə təltif olunublar.

Xəbər 394 dəfə oxundu.