“Bakı” voleybol komandası açıq turnirin qalibi olub
2005-2006-cı il təvəllüdlü oğlan voleybolçular arasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş açıq turnir başa çatıb.

4 komandanın - “Masallı”, “Bakı”, “Sumqayıt” və “Cəlilabad”ın mübarizə apardığı yarış dairəvi sistemlə keçirilib.

Görüşlərdən 9 xal toplayan “Bakı” yığması qalib adını qazanıb. “Cəlilabad” 6 xalla ikinci, “Masallı” 3 xalla üçüncü yerləri tutublar.

Azərbaycan Voleybol Federasiyası və Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə kubok və diplomlar verilib.

Xəbər 400 dəfə oxundu.