3x3 basketbol üzrə Sumqayıt birinciliyinə yekun vurulub
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi ilə “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş 2010-cu il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında 3x3 basketbol üzrə şəhər birinciliyi keçirilib.

1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat Məktəbində gərgin idman mübarizəsi şəraitində davam edən birincilikdə oğlanlar və qızlar arasında müvafiq olaraq 2 və 18 nömrəli tam orta məktəblərin komandaları fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbər 579 dəfə oxundu.