“Səbail” klubu “Sabah”ın qapıçısı Nicat Mehbalıyevlə maraqlanır
Bakının “Səbail” futbol klubu “Sabah”ın qapıçısı Nicat Mehbalıyevlə maraqlanır.

Baş məşqçi Mahmud Qurbanovun komandası növbəti mövsüm üçün qapıçını icarə əsasında heyətə qatmağı planlaşdırır.

Qeyd edək ki, N.Mehbalıyev ötən mövsümü icarə əsasında “Qəbələ”də keçirib. Onun yaxşı mövsüm keçirməsi səbəbində “Qəbələ” də qapıçının qalmasında maraqlıdır. Hazırda hər iki klub transferlə bağlı “Sabah”la danışıqları davam etdirir.

Xəbər 254 dəfə oxundu.