Paralimpiyaçı üzgüçülərimiz Portuqaliyada keçiriləcək dünya çempionatında iştirak edəcəklər
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin üzgüçülük üzrə milli komandasının üzvləri – “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qalibləri Raman Saleh və Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcəklər.

iyunun 9-18-də keçiriləcək dünya çempionatında millimiz baş məşqçi Alavərdi Culfayevin rəhbərliyi altında mübarizə aparacaq.

Yarış “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.

Xəbər 348 dəfə oxundu.