ASAPES-in “İdman menecmenti" magistrantlarının Böyük Britaniya səfəri davam edir
Böyük Britaniyada səfərdə olan ASAPES-in "İdman menecmenti" magistr proqramının tələbələri Böyük Britaniya Olimpiya Assosiasiyasında olublar. Burada Assosiasiyanın Hüquq və Olimpiya Əlaqələri direktoru Şahab Uddinlə görüşən magistrantlara Olimpiadalara hazırlıq, təşkilati məsələlər, maliyyə və sponsorluqla bağlı geniş məlumat verilib. Tələbələr səfər çərçivəsində "Tottenhem Hotspur" stadionuna da baş çəkiblər və onlar infrastrukturla (meydança, geyinib-soyunma otaqları, mətbuat konfransı üçün nəzərdə tutulan zal və s.) yaxından tanış olmaq imkanı qazanıblar.

Xəbər 513 dəfə oxundu.