Mario İzola: Bakıda şinlərin qızmaması çox vacibdir
Monako mərhələsində olduğu kimi Formula 1 Azərbaycan Qran-Prisində də komandalar ən yumşaq tərkibli üç növ şindən – C3, C4 və C5 şinlərindən istifadə edə biləcəklər. “Pirelli” bölməsinin rəhbəri Mario İzola bu seçimin nə ilə bağlı olması barədə söhbət açıb.

Mario İzola deyib: “Ciddə mərhələsi meydana çıxana qədər ən sürətli şəhər trası Bakıda idi. Lakin burada şinlərə düşən gərginlik çox yüksək deyil, çünki döngələrin heç birində şinlərə hədsiz böyük enerji təsir etmir. Bu, asfaltın abrazivliyinin və gərginliyin yüksək olmaması ilə bağlıdır. Məhz bu amillərin birləşməsi Monakodakı tərkibləri burada da tətbiq etməyə imkan verir.

Deyilənlərlə yanaşı, yüksək sürətin şinlərə göstərdiyi təsiri də nəzərə almaq lazımdır. Komandaların əsas vəzifəsi yükün qabaq və arxa şinlər arasında taraz bölünməsi olacaq. Bir tərəfdən, qabaq şinlər kifayət qədər qızmalıdır ki, trasın düzxətli uzun hissələrində temperatur düşdüyünə görə trasla ilişmə itirilməsin. Digər tərəfdən, sürət yığma hissələrində arxa şinlərin çox qızmaması vacibdir.

Bakıda asfaltın temperaturu daim dəyişir, buna görə həmin trasa xas olan spesifik texniki mürəkkəbliklər hamı üçün eynidir.

Xəbər 445 dəfə oxundu.