“Dəmir yumruq” adlı peşəkar kikboksinq və muay-tay yarışı təşkil edilib
Hafiz Baxşəliyevin rəhbərlik etdiyi “Immortal Champions” idman təşkilatı iyunun 5-də Londonda “Dəmir yumruq” adlı peşəkar kikboksinq və muay-tay yarışı keçirib.

Yarışda Britaniya, Çin, Çexiya, Polşa, Pakistan və digər ölkələrin idmançıları mübarizə aparıblar.

Yarışın son iki döyüşündə Britaniya və Avropa çempionları müəyyənləşib.

Turnirdə Elia Devu digər idmançı Hadiqa Abdulu məğlub edərək Britaniya çempionu olub.

Ağır çəkili idmançılar arasında keçən mübarizədə Daniel Sam Çexiya çempionu Marian Tuma ilə qarşılaşıb. D.Sam ilk rəqibini birinci raundda məğlub edərək yeni Avropa çempionu titulunu qazanıb.

Tədbir zamanı yarış keçirilən idman sarayının ekranlarında Qarabağ Zəfərinin simvollarından “Dəmir yumruq” yazısı və “Xarıbülbül” loqosu əks olunub.

Jurnalistlər və məşhur idman bloqerlərinin də iştirak etdiyi tədbirdə “LEAP Frog Combat Media”, “Kickboxing” mətbuat orqanları və “UKMF” (United Kingdom Muay Thai Federation) rəhbərləri Hafiz Baxşəliyev tərəfindən mükafatlandırılıblar.

Xəbər 689 dəfə oxundu.