Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
Bakıda təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:2 hesablı qələbə qazanıb.

U-20-in hər üç qolunu biri penaltidən olmaqla Camal Cəfərov vurub. Komandalar arasında növbəti oyun iyunun 7-də keçiriləcək.

Xəbər 401 dəfə oxundu.