Xüsusi olimpiyaçı qızlar arasında basketbol yarışları keçirilib
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində basketbol üzrə qızlar arasında seçmə yarışlar keçirilib.

Seçmə yarışlar xüsusi Olimpiya proqramına uyğun olaraq 2 divizionda təşkil edilib. Yekun nəticələrə görə, ən güclü divizionda Xəzər rayonu E. Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli xüsusi internat məktəbinin komandası birinci yeri tutub. Sumqayıt şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın basketbolçuları ikinci, Sabunçu rayonu 309 nömrəli inklüziv sinifli tam orta məktəbin yığması isə üçüncü yerlərdə qərarlaşıblar.

Yığma komanda ən güclü divizionda qalib gələn komandanın bazasında komplektləşdiriləcək və 2023-cü ilin iyun ayında Almaniyanın paytaxtı Berlin şəhərində baş tutacaq Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edəcək.

Xəbər 418 dəfə oxundu.