“Şuşa İli” və Beynəlxalq Velosiped Gününə həsr olunmuş yarış keçirilib
Gənclər və İdman, Təhsil nazirlikləri və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Velotrekində “Şuşa İli” və Beynəlxalq Velosiped Gününə həsr olunmuş trek velosipedi üzrə yarış keçirilib.

Yarışın keçirilməsində məqsəd “Şuşa ili” və Beynəlxalq Velosiped Günü haqqında idmançılara ətraflı məlumatların verilməsi, velosiped idmanının təbliği və inkişafı, perspektivli idmançıların aşkar edilməsidir.

“Şuşa sən azadsan” devizi ilə keçirilən yarışda “Təhsil” Respublika İdman Mərkəzinin 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin 2005-2010-cu il təvəllüdlü oğlan və qız idmançıları iştirak ediblər.

Şəxsi xarakter daşıyan yarış Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) mövcud qaydalarına əsasən təşkil edilib.

İdmançılar 200 metr və 2 kilometr məsafəyə fərdi ötüşmədə mübarizə aparıblar.

Startdan öncə AVF və “Təhsil” Respublika İdman Mərkəzinin rəhbərliyi çıxış edərək, idmançılara “Şuşa ili” və Beynəlxalq Velosiped Günü haqqında ətraflı məlumat veriblər.

İki yüz metr məsafəyə fərdi ötüşmədə oğlanlar arasında Cavid Qəfərli, qızların yarışında isə Ayan Məmmədzadə hamını qabaqlayaraq birinci yerə layiq görülüblər.

İki kilometr məsafəyə fərdi ötüşmədə oğlanlar arasında Artyom Proskuryakov, qızlarda isə Xədicə Nabatzadə ən sürətli velosipedçi olublar.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib.

Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Xəbər 370 dəfə oxundu.