“Qəbələ” klubu Azərbaycan millisinin qapıçısı ilə müqavilə imzalayıb
Transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib. Daha əvvəl İlkin Qırtımovu sıralarına cəlb edən “Qəbələ” Azərbaycan millisinin qapıçısı Səlahət Ağayevin keçidini rəsmiləşdirib.

31 yaşlı qolkiperlə birillik müqavilə imzalanıb.

Son klubu “Sabah” olan S.Ağayev 2021-2022-ci il mövsümünü paytaxt təmsilçisində keçirib. Qapıçı bunadək Premyer Liqada “İnter”, MOİK, “Sumqayıt” və “Neftçi”nin formasını geyinib. 2010-cu ildə Azərbaycan millisinin heyətində debüt edən qapıçı yığmada 21 oyun keçirib.

Xəbər 416 dəfə oxundu.