Basketbolun 3x3 növü üzrə millimiz Avropa çempionatının seçmə mərhələsinin yarım finalına vəsiqə qazanıb
3x3 basketbol üzrə kişilərdən ibarət milli komandamız Kiprin Limasol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində qrup oyunlarını keçirib.

B qrupunda qərarlaşan millimizin rəqibləri Kipr, Lüksemburq və Andorra komandaları olub.

İlk görüşdə Kipr basketbolçuları ilə qarşılaşan yığmamız rəqibinə 19-11 hesabı ilə qalib gəlib.

İkinci qarşılaşmada komandamız Lüksemburq yığması ilə qarşılaşıb və oyundan 16-10 hesablı qalibiyyətlə ayrılıb. Qrupun sonuncu oyununda millimiz Andorra basketbolçuları ilə görüşüb və rəqibinə 21-13 hesabı ilə qalib gəlib.

Qrupu ilk pillədə tamamlayan milli komandamız turnirin yarım final mərhələsinə vəsiqə qazanıb.

Xəbər 273 dəfə oxundu.