“Bakı-2022”nin bolqarıstanlı qalibi: Bakıda yenidən çempionluq sevinci yaşadım
Atıcılıq idman növünü çox sevirəm. Azərbaycanda 2015-ci ildə keçirilən birinci Avropa Oyunlarında da qızıl medala sahib olmuşdum. İndi Bakıda yenidən çempionluq sevinci yaşadım. Buna görə özümü olduqca xoşbəxt hiss edirəm. Dünya kuboku yarışının keçirildiyi Bakı Atıcılıq Mərkəzi gözəl məkanlardan biridir.

Bu sözləri jurnalistlərə müsahibəsində dünya kuboku yarışında qadınlar arasında 25 metr məsafəyə atəşaçma yarışında qızıl medal qazanan bolqarıstanlı Antoaneta Kostadinova bildirib.

O, qeyd edib ki, bu, Azərbaycana beşinci səfəridir: “Bakı mənim üçün uğurlu şəhərdir. Burada keçirilən turnirlərdə yüksək nəticələr əldə edirəm. Yarışlarda təşkilatçılıq həmişə yüksək səviyyədə olur. Hamıya, xüsusən də könüllülərə təşəkkür edirəm. Burada iştirakçılar üçün əla şərait yaradılıb. Atıcılıq meydançaları da möhtəşəmdir. Bakı füsunkar gözəlliyi ilə insanı heyran edir. Sonuncu səfərimdən sonra çox dəyişib, daha da müasirləşib, gözəlləşib.

Xəbər 449 dəfə oxundu.