Azərbaycan yüngül atletika məktəbinin yetirməsi Rusiyada “İlin alimi” adına layiq görülüb
Rusiya Dövlət Fiziki Tərbiyə, Gənclər və İdman Universitetində “İlin alimi” nominasiyasında konkurs keçirilib.

Konkursun birinci turunda nəşriyyat fəaliyyəti, müxtəlif konkurslarda iştirak etmək və sair nəzərə alınıb.

İkinci tura keçən iştirakçılar elmi məruzə ilə çıxış etməli və tədqiqat fəaliyyətlərinin nəticələrini əks etdirməli olublar.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu, Azərbaycan yüngül atletika məktəbinin yetirməsi, Rusiya Dövlət Fiziki Tərbiyə, Gənclər və İdman Universitetinin yüngül atletika nəzəriyyəsi və metodikası kafedrasının hazırkı dosenti, pedaqoji elmlər namizədi, atletika üzrə Rusiya milli komandasının (sprint və sədlərlə qaçış qrupları) elmi tədqiqat qrupunun rəhbəri Oktay Mirzə oğlu Mirzəyev “İlin alimi” adına layiq görülüb.

Xəbər 485 dəfə oxundu.