FHN-in Akademiyasının kursantı üçüncü yerə layiq görülüb
“Sərhədçi” Olimpiya İdman Mərkəzində kikboksinq üzrə kişilər və qadınlar arasında XXVI Azərbaycan çempionatı keçirilib.

Cempionatda nazirliyin Akademiyasının “Yanğın təhülkəsizliyi” fakültəsinin üçüncü kursunun kursantı İlqar Zeynallı da öz gücünü sınayıb. 81 kiloqram çəki dərəcəsində “lou kik” növü üzrə mübarizə aparan İlqar Zeynallı üçüncü yerə layiq görülüb.

Qalib idmançı ilə görüşən FHN-in Akademiyasının rəisi general-mayor Baba Salayev idmançı kursanta təbriklərini çatdırıb, ona gələcək yarışlarda uğurlar arzulayıb.

Xəbər 701 dəfə oxundu.