Yeniyetmələr arasında həndbol üzrə Azərbaycan birinciliyi keçiriləcək
İyunun 3-də Şağan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında həndbol üzrə Azərbaycan birinciliyinə start veriləcək.

arışlarda Bakının 3 komandası ilə yanaşı, Gəncə, Mingəçevir şəhərlərindən olan 2006-2008-ci il təvəllüdlü oğlanlar mübarizə aparacaqlar.

İki gün davam edəcək yarış Gənclər və İdman Nazirliyi və AHF-in birgə təşkilatçılığı ilə keçiriləcək.

Yarışın qaliblərinə diplom və hədiyyələr təqdim olunacaq.

Bu yarışla yanaşı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və AHF-in birgə təşkilatçılığı ilə 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında 28 may - Müstəqillik Gününə həsr olunmuş Bakı şəhər birinciliyi də keçiriləcək.

Xəbər 293 dəfə oxundu.