“Bakı-2022”: Səngər stendi üzrə qarışıq komanda yarışında Avstraliya yığması qalib adını qazanıb
Bakıda atıcılıq üzrə dünya kuboku yarışında növbəti qaliblər müəyyənləşib.

Səngər stendi üzrə qarışıq komanda yarışında Avstraliya yığması qızıl medal qazanıb. İkinci yeri Portuqaliya atıcıları tutublar. Üçüncü pillədə isə Türkiyə və Qazaxıstan komandaları qərarlaşıblar.

Qeyd edək ki, ümumi nəticələrə görə, Koreya komandası (3 qızıl, 1 bürünc medal) liderliyini davam etdirir. Serbiya 2 qızıl, 1 gümüş, 1 bürünc medalla ikinci, Polşa 1 qızıl, 1 gümüş, 2 bürünc medalla üçüncü yerləri tuturlar.

Xatırladaq ki, iyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 705 idmançı gücünü sınayır. Turnirdə qarışıq komanda, komanda və şəxsi yarışlar keçirilir. Azərbaycanı dünya kuboku yarışında 36 idmançı təmsil edir.

Turnirdə idmançılar 30-u qızıl olmaqla, 188 medal uğrunda mübarizə aparırlar.

Xəbər 321 dəfə oxundu.