Fərid Mansurov: Dünyanın ən güclü atıcılarının qatıldıqları dünya kuboku yarışı yüksək səviyyədə təşkil edilib
Bakı daha bir irimiqyaslı idman yarışına ev sahibliyi edir. Dünyanın ən güclü atıcılarının qatıldıqları dünya kuboku yarışı yüksək səviyyədə təşkil edilib.

Bu sözləri jurnalistlərə müsahibəsində Olimpiya çempionumuz Fərid Mansurov deyib.

Yarışları maraqla izlədiyini bildirən F.Mansurov turnirin gərgin və maraqlı idman mübarizəsi şəraitində davam etdiyini vurğulayıb: “Yarışda 66 ölkədən 700-dən çox idmançı mübarizə aparır. İdmançılar mükafatçılar arasına düşmək üçün böyük səy göstərirlər. Azərbaycanda atıcılığa böyük maraq var. Bu idman növü üzrə ölkəmizdə Olimpiya çempionu, eləcə də Olimpiya Oyunlarının mükafatçıları var. Azərbaycan Atıcılıq Federasiyasının rəhbərliyi bu idman növünün ölkəmizdə kütləviləşməsi və daha da inkişaf etməsi üçün ciddi səylər göstərir”.

F.Mansurov qeyd edib ki, belə bir nüfuzlu yarışın ölkəmizdə baş tutması həm Azərbaycanı dünyada tanıdır, həm də idman ölkəsi olduğunu göstərir. Eyni zamanda, bu yarış yeniyetmə atıcılara əlavə stimul verəcək.

Xəbər 342 dəfə oxundu.