“Bakı-2022”nin qalibi: Bakı Atıcılıq Mərkəzində keçirilən nüfuzlu turnirdə bacarığımızdan maksimum istifadə edərək çempion olduq
Bakı Atıcılıq Mərkəzində keçirilən nüfuzlu turnirdə bacarığımızdan maksimum istifadə edərək çempion olduq.

Bu sözləri jurnalistlərə müsahibəsində Bakıda keçirilən atıcılıq üzrə dünya kuboku turnirində qadın komandalar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında qızıl medal qazanan Cənubi Koreya millisinin üzvü Bomi Kim deyib.

Qeyd edib ki, komanda yoldaşlarım çox həyəcanlı idi. Sonda özümüzdə güc tapıb və çempion titulunu qazanmağı bacardıq.

Millinin digər üzvü Hyunyanq Yoo yarışa ciddi hazırlaşdıqlarını bildirib: “Yarışda iştirakçılar üçün yaradılan şərait çox yaxşıdır. Əslində biz də turnirə ciddi hazırlaşmışdıq və birinci yeri tutmağı arzulayırdıq. Qızıl medal qazandığımız üçün özümü çox xoşbəxt hiss edirəm”.

Komandanın daha bir üzvü Minjunq Kim finalın gərgin idman mübarizəsi şəraitində keçdiyini bildirib: “Təcrübəm olmadığı üçün həyəcanlı idim. Lakin özümü topladım. Komanda yoldaşlarımın səyi nəticəsində qalib gələ bildik. Çempion olduğumuz üçün qürurluyam”.

Qeyd edək ki, iyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 705 idmançı 30 növ üzrə qarışıq komanda, komanda və şəxsi yarışlarda iştirak edir. Azərbaycanı dünya kuboku yarışında 36 idmançı təmsil edir. Turnirdə idmançılar 30-u qızıl olmaqla, 188 medal uğrunda mübarizə aparırlar.

Xəbər 340 dəfə oxundu.