“Sabah” klubu futbolçusu Elvin Camalovla müqaviləni yeniləyib
Bakının “Sabah” klubu futbolçusu Elvin Camalovla yeni müqavilə bağlayıb.

27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2024-cü ilin mayınadək nəzərdə tutulub.

Futbolçu 2021-ci ilin iyunundan Bakı təmsilçisinin uğurları üçün çalışır. O, son mövsümdə “Sabah”ın heyətində 29 oyun keçirib.

Xəbər 246 dəfə oxundu.