La Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib
İspaniyanın “Espanyol” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Bu vəzifəyə Dieqo Martinez təyin edilib. Qırx bir yaşlı mütəxəssislə 2024-cü ilin iyununadək müqavilə imzalanıb.

D.Martinezin son iş yeri 2018-2021-ci illərdə çalışdırdığı “Qranada” olub.

Qeyd edək ki, 2021/2022-ci il mövsümündə “Espanyol” La Liqanı 14-cü pillədə başa vurub.

Xəbər 244 dəfə oxundu.