Koreya Respublikası millisinin baş məşqçisi: Bakı Atıcılıq Mərkəzi haqda təəssüratlarım çox yüksəkdir
Bakı Atıcılıq Mərkəzi haqda təəssüratlarım çox yüksəkdir. Burada infrastrukturla bağlı hansısa problem yoxdur. Bu da yarışların keçirilməsi üçün müsbət haldır.

Bu sözləri jurnalistlərə müsahibəsində Bakıda keçirilən dünya kuboku turnirində kişi komandalar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında qızıl medal qazanan Koreya Respublikası millisinin baş məşqçisi Seho Kim bildirib.

Qeyd edib ki, qalib olmaq möhtəşəm hissdir: “Yarışda əsas hədəfimiz qızıl medal idi. Qalib olmaq möhtəşəm hissdir. Belə yarışlarda tez-tez iştirak etməyimiz bizim üçün təqdirəlayiq haldır. Koronavirus pandemiyası səbəbindən atıcılıqla bağlı məhdudiyyətlər yaranmışdı. Dünya kuboku yarışları keçirilmirdi. Çalışacağıq ki, nəticələrimiz davamlı olsun. Parisdə keçiriləcək Olimpiya Oyunlarında da çempion olmaq istəyirik”.

Xəbər 344 dəfə oxundu.