Azərbaycanlı hakim Dünya Kikboksinq Təşkilatları Birliyinin prezidenti tərəfindən mükafatlandırılıb
İstanbulda Dünya Kikboksinq Təşkilatları Birliyinin (WAKO) təqviminə uyğun olaraq dünya kuboku yarışı keçirilib. Yarışda Azərbaycan Kikboksinq Federasiyasının Hakimlər Kollegiyasının müavini, beynəlxalq “A” dərəcəli hakim Aydın Ağabəyov da ədalət təmsilçisi kimi dəvət edilib.

A.Ağabəyov yarışın final döyüşlərini idarə edib. Həmyerlimiz yarışın seçilmiş hakimi kimi WAKO-nun prezidenti Roy Baker və Türkiyə Kikboksinq Federasiyasının rəhbəri Salim Kayıcı tərəfindən mükafata layiq görülüb.

Xəbər 318 dəfə oxundu.