Qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına Bakıda start verib
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına Bakıda start verib.

V İslam Həmrəyliyi Oyunlarına, eləcə də “Avro-2023”ün təsnifat mərhələsinə hazırlaşan komanda ilk məşqini “Murov” voleybol klubunun idman zalında keçirib.

İyirmi beş idmançının cəlb olunduğu toplanışa baş məşqçi Eldar Yusubov rəhbərlik edir. Ona Vüqar Əliyev və Emin Əbilov köməklik göstərirlər.

Qeyd edək ki, Azərbaycan yığması “Avro-2023”ün təsnifat oyunlarında Sloveniya, Gürcüstan və Avstriya seçmələri ilə birlikdə D qrupunda mübarizə aparacaq. Komandanın İslamiadadakı rəqibləri isə hələlik məlum deyil.

Xəbər 269 dəfə oxundu.