Estoniyada 23 yaşadək idmançılar arasında qılıncoynatma üzrə Avropa çempionatı keçirilir | |
Estoniyanın paytaxtı Tallində qılıncoynatma üzrə 23 yaşadək idmançılar arasında Avropa çempionatı keçirilir. Spaqada ölkəmizi təmsil edən Ruslan Həsənov, Barat Quliyev və Fərrux Səfərov şəxsi yarışda çıxışlarını başa vurublar. Qrup mərhələsini 3 qələbə ilə tamamlayan R.Həsənov pley-offda keçirdiyi ilk görüşdə macar Levente Bartkonu 15:14 hesabı ilə məğlub edib. Təmsilçimiz 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə eston Markus Salma 10:15 hesabı ilə uduzub. Qrup mərhələsini 3 qələbə ilə bitirən Fərrux Səfərov isə 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə isveçrəli Hadrien Favreyə 6:15 hesabı ilə məğlub olub. Qrupda 2 qələbəsi olan B.Quliyev pley-offda britaniyalı Billi Şepherdə 13:14 hesabı ilə uduzub. |
|
Xəbər 317 dəfə oxundu. |
|
|