Basketbol üzrə Tələbə Liqası superkubok yarışının finalı keçiriləcək
Mayın 31-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində basketbol üzrə Tələbə Liqası superkubok yarışının finalı keçiriləcək.

Həlledici mərhələdə Azərbaycan Dövlət Neft Sənayesi Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları üz-üzə gələcəklər.

Yarış Azərbaycan Basketbol Federasiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Xəbər 303 dəfə oxundu.