Bu gün Bakıda atıcılıq üzrə dünya kuboku yarışına start veriləcək | |
Bu gün Bakıda atıcılıq üzrə dünya kuboku yarışına start veriləcək. Saat 11:30-da turnirin açılış mərasimi təşkil olunacaq. Ardınca yarışın seçmə mərhələsinin oyunları başlayacaq. İyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 703 idmançı, 231 nümayəndə iştirak edəcək. Artıq idmançılar və nümayəndə heyətləri Bakıdadır. Yarışlar “İdman TV" və "CBC Sport" kanalları vasitəsi ilə canlı yayımlanacaq. |
|
Xəbər 436 dəfə oxundu. |
|
|