Şpaqa üzrə milli komandamızın üzvü Gürcüstanda keçirilən yarışda çıxışını başa vurub
Şpaqa üzrə milli komandamızın üzvü Kənan Əliyev Gürcüstanın Tbilisi şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında çıxışını başa vurub.

Qrup mərhələsində iki qələbə qazanaraq pley-offa vəsiqə əldə edən şpaqaçımız 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə İtaliya təmsilçisi Andrea Vallosioya 15:12 hesabı ilə qalib gəlib.

K.Əliyev növbəti görüşündə misirli idmançı Neisser Loyolaya 7:15 hesabı ilə uduzub.

Xəbər 258 dəfə oxundu.