Eduardo Berisso yenidən Çili milli komandasında çalışacaq
Futbol üzrə Çili millisinin yeni baş məşqçisi müəyyənləşib.

Bu barədə Çili Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yığmanı Eduardo Berisso çalışdıracaq. Lakin mütəxəssis ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Berisso 2007-2010-cu illərdə də Çili millisində işləyib.

Xəbər 254 dəfə oxundu.