Stolüstü tennis üzrə “Top-8” turnirinə start verilib
Mayın 27-də “Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə “Top-8” turniri start götürüb.

28 May - Müstəqillik Gününə həsr olunan ənənəvi yarışda ölkə çempionatında ilk səkkiz yeri tutan idmançılar bacarıqlarını göstərirlər.

Şəxsi xarakter daşıyan turnirdə kişilərin mübarizəsində Emin Məmmədov, Adil Əhmədzadə, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Hüseyn Eylazov, Xəyal Həşimli, İbrahim Ansari, Əliverdi Şahgəldiyev qüvvələrini sınayırlar. Qadın tennisçilərdən isə Rüfət Əliyeva, Məryəm İmanova, Nəzakət Qarayeva, Mərziyə Nürmətova, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Aliyə Haşımova və Billurə Eminova mübarizə aparırlar. Dairəvi sistem üzrə iki yarımqrupda keçirilən yarışın qrup qalibləri ilə ikinci yerin sahibləri yarımfinala yüksələcəklər.

Stolüstü tennisçilərin idman ustalığını artırmaq, qarşıdakı beynəlxalq yarışlara hazırlıq və bu idman növünün təbliği məqsədi ilə keçirilən turnirin qaliblərinə Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq.

Xəbər 265 dəfə oxundu.