Bu gün futbol üzrə Azərbaycan kuboku yarışının qalibi müəyyənləşəcək
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışının qalibi müəyyənləşəcək.

Final oyununda Azərbaycan çempionu “Qarabağ”la bürünc mükafatçı “Zirə” üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Finalçılar Azərbaycan kubokunda ilk dəfə qarşılaşacaqlar. Bakı təmsilçisi Ağdam klubuna kubokda 39-cu rəqibi olacaq. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir.

Yarışın 30 illik tarixində 472 müxtəlif cüt üz-üzə gəlib. “Qarabağ” – “Zirə” cütü bu siyahıda 473-cü olacaq.

Xəbər 240 dəfə oxundu.