“Sabah” futbolçusu Aleksey İsayevlə yeni müqavilə imzalayıb
Bakının “Sabah” klubu futbolçusu Aleksey İsayevlə yeni müqavilə imzalayıb.

26 yaşlı yarımmüdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2025-ci ilin mayınadək nəzərdə tutulub.

A.İsayev 2020-ci ilin iyulundan “Sabah”ın uğurları üçün çalışır. O, bu müddətdə komandanın heyətində 50 oyun keçirib, 7 qola imza atıb.

Xəbər 240 dəfə oxundu.