Paraatletimiz Samir Nəbiyev İsveçrə Qran-Pri yarışında qızıl medal qazanıb
Azərbaycanın paraatleti Samir Nəbiyev İsveçrənin Nottvil şəhərində keçirilən Qran-Pri yarışında qızıl medal qazanıb.

idmançı nüvə itələmə növündə 13,02 metr nəticə göstərib. Təmsilçimiz bu nəticə ilə bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Turnirdə ölkəmizi Oloxan Musayev, Arzuman Paxırov, Nicat Vəlizadə, Rasim Yaxin, Elvin Astanov, Toğrul Hümbətov və Elçin Muradov təmsil edirlər.

Xəbər 224 dəfə oxundu.