Mahmud Qurbanov “Neftçi”dən ayrılıb
“Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanovla may ayının 31-də başa çatacaq müqavilənin müddətinin uzadılmamasına qərar verilib.

Bu barədə “Neftçi”nin rəsmi saytı məlumat yayıb.

Klub göstərdiyi xidmətə görə təcrübəli mütəxəssisə təşəkkür edib, gələcək işlərində uğurlar arzulayıb.

2018-ci ildən “Neftçi-2”ni çalışdıran M.Qurbanov 2020/2021-ci il mövsümündə bu komanda ilə Birinci Divizionun qalibi olub.

Xəbər 241 dəfə oxundu.