Azərbaycanın U-16 komandası latviyalı həmyaşıdlarına 3 cavabsız qolla qalib gəlib
Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:0 hesablı qələbə qazanıb.

Ümid Səlimovun dubl etdiyi oyunda komandamızın digər qolunu Şahin İbrahimov vurub.

Komandalar arasında növbəti oyun mayın 27-də keçiriləcək.

Xəbər 230 dəfə oxundu.