“Sabah” klubu Azərbaycan millisinin futbolçusu ikiillik müqavilə imzalayıb
Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Paytaxt təmsilçisi Azərbaycan millisinin müdafiəçisi Tellur Mütəllimovu transfer edib. İyirmi yeddi yaşlı oyunçu ilə ikiillik müqavilə imzalanıb.

Qeyd edək ki, sonuncu klubu “Sumqayıt” olan futbolçu karyerası ərzində “Qəbələ” və “Zirə” komandalarında da çıxış edib.

Xəbər 410 dəfə oxundu.