Aerobika gimnastikası üzrə 6-cı Bakı birinciliyində balacalar yaş qrupunda qaliblər müəyyənləşib
Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə 6-cı Bakı birinciliyində balacalar (2014-2015-ci il) yaş qrupunda qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Bu yaş qrupunda Mədinə İbrahimli birinci, Melisa Mustafazadə ikinci, Leyla Mahmudova üçüncü yeri tutublar. Hər üç gimnast "Ocaq Sport" klubunu təmsil edir.

Qeyd edək ki, aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı birinciliyində 80 gimnast iştirak edir.

Xəbər 332 dəfə oxundu.